Energetika nazirləri G20 sammitində Oman körfəzində tankerlərə hücumu müzakirə edəcəklər

Energetika nazirləri G20 sammitində Oman körfəzində tankerlərə hücumu müzakirə edəcəklər Oman körfəzində tankerlərə edilən hücum Böyük iyirmilik (G20) ölkələrinin ekologiya və energetika nazirlərinin Yaponiyada keçiriləcək iclasında müzakirə mövzusu olacaq.
Energetika
14 iyun 2019 09:16
Energetika nazirləri G20 sammitində Oman körfəzində tankerlərə hücumu müzakirə edəcəklər

Oman körfəzində tankerlərə edilən hücum "Böyük iyirmilik" (G20) ölkələrinin ekologiya və energetika nazirlərinin Yaponiyada keçiriləcək iclasında müzakirə mövzusu olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Hirosiqe Seko Tokioda təşkil edilən mətbuat konfransında bildirib.

"Enerji təhlükəsizliyinin qorunması Fars körfəzi zonasında baş verən son hadisələr fonunda mühüm məqamdır. Bu məsələ energetika nazirlərinin qarşıdakı görüşündə müzakirə olunacaq", - H.Seko deyib.

Qeyd edək ki, nazir daha əvvəl Oman körfəzində iki tankerə hücum edilməsinin Yaponiyanın neft və neft məhsullarının tədarükünə ciddi təsir göstərməyəcəyini bildirib. O həmçinin ABŞ-ın tankerlərə hücumların arxasında İranın dayanmasıyla bağlı iddialarına da şərh verməyib.

Qeyd edək ki, dünən KİV körfəzdə iki tankerdə partlayış olduğu barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi