Yuxarı

Energetika nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib

​Energetika nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib

Bu gün Energetika nazirinin müavini Samir Vəliyev Gəncə şəhərində, nazir müavini Elnur Soltanov isə Hacıqabulda vətəndaşları qəbul edib. 

Bu barədə “Report” Nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər təbii qaz təchizatı, qaz qurğularının istismara qəbulu, elektrik enerjisi təchizatı, elektrik enerjisindən istifadəyə görə yaranmış borc və cərimələrin silinməsi, işlə təminat və digər məsələləri əhatə edib.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Ümumilikdə qəbullarda 10 vətəndaşın müraciətinə baxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi