Azərbaycan Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumuna qatılacaq

Azərbaycan Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumuna qatılacaq ​Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumunda iştirak edəcək
Energetika
11 iyun 2019 06:33
Azərbaycan Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumuna qatılacaq

İyunun 13-də Albaniyada Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Forumda Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edəcək. 

Bu barədə "Report"a Energetika Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir müavininin “Enerji diversifikasiyası, bərpa olunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxışı nəzərdə tutulub. 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il Azərbaycan Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub. 2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək və bu çərçivədə cari ildə Bakıda Beynəlxalq Enerji Xartiyası Forumunun keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi