Energetika naziri Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini ilə görüşüb

Energetika naziri Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini ilə görüşüb Bakı. 30 may. REPORT.AZ/ Bakıda keçirilən 25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hiraki ilə görüşüb.
Energetika
30 May , 2018 15:38
Energetika naziri Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Bakıda keçirilən 25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hiraki ilə görüşüb.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında iyirmi ildən artıq bir müddəti əhatə edən enerji əməkdaşlığının Azərbaycan və Yaponiya əlaqələrinin inkişafında rolu yüksək qiymətləndirilib. Daisaku Hiraki Yaponiyanın İTOCHU və İNPEX şirkətlərinin nümunəsində Azərbaycanın neft-qaz sektorunda uğurlu əməkdaşlığın yeni layihə və imzalanmış sənədlərlə möhkəmləndiyini deyib. Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) ilə bağlı yeni sazişin imzalanması Yaponiyanın növbəti onilliklərdə Xəzər regionunda fəaliyyətinin davamlılığını təmin edən mühüm hadisədir.

Energetika naziri Yaponiyanın ölkəmizin enerji sektorunda uzunmüddətli fəaliyyət dairəsinin genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. SOCAR ilə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında Əməkdaşlıq Memorandumunun imzalanmasını bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib. Nazir həmçinin Azərbaycanın bərpa olunan enerji mənbələri ilə bağlı hədəfləri barədə məlumat verərək bu sahədə Yaponiya ilə təcrübə mübadiləsinin vacibliyindən danışıb. Bildirilib ki, enerji sahəsində birgə əldə edilmiş nailiyyətlərin davamlı olması hər iki ölkə iqtisadiyyatına töhfə verəcəkdir. 

Son xəbərlər

Orphus sistemi