Energetika naziri və nazir müavinləri üç rayonda vətəndaşları qəbul edəcək

Energetika naziri və nazir müavinləri üç rayonda vətəndaşları qəbul edəcək
Energetika
4 Fevral , 2020 15:08
Energetika naziri və nazir müavinləri üç rayonda vətəndaşları qəbul edəcək

Fevralın 18-də Energetika naziri Pərviz Şahbazov Salyan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.

Fevralın 14-də isə Energetika nazirinin müavini Samir Vəliyev Gəncə şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (Ünvan: Kəpəz rayonu, Gəncə-Bakı şosesinin kənarı) təşkil olunacaq. Həmin gün nazir müavini Elnur Soltanov isə Hacıqabulda vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (ünvan: İsmət Qayıbov küçəsi 7) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Salyan və Hacıqabul rayonları üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, tel: (050) 225-34-86, email: office.shirvan@regulator.gov.az, shirvan@regulator.gov.az), Gəncə şəhəri üzrə isə Agentliyin Gəncə filialı (əlaqələndirici şəxs Vüsal Paşayev, tel: (055) 233-97-99, email: office.ganja@regulator.gov.az, ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər