Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunun dəvəti ilə Buxarestə səfər edib.
Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilir ki, nazir 21-22 sentyabr tarixlərində təşkil olunacaq “5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı” beynəlxalq tədbirində iştirak edəcək.
Avropa İttifaqına üzv və qonşu ölkələrin nazirlərinin və neft-qaz şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi konfransda nazir P. Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.