Azərbaycanın Energetika naziri Rusiyada səfərdədir

Azərbaycanın Energetika naziri Rusiyada səfərdədir Energetika naziri Pərviz Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvaya səfər edib.
Energetika
1 Oktyabr , 2019 15:43
Azərbaycanın Energetika naziri Rusiyada səfərdədir

Energetika naziri Pərviz Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvaya səfər edib.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Nazir oktyabrın 3-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə, həmçinin “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək.

Energetika nazirinin hər iki tədbirdə çıxışı nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi