Yuxarı

Energetika naziri OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək

Energetika naziri OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək
© Report/ Elchin Murad — Azərbaycan energetika naziri Pərviz Şahbazov

Bakı. 20 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək. 

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasda neft bazarının inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı nəzərdən keçiriləcək. Bu ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 mln. barrel artırılması ilə bağlı qəbul edilmiş qərara uyğun olaraq kvotaların müəyyənləşdirilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılmış Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi