Energetika naziri İvana Duarteni qəbul edib

Energetika naziri İvana Duarteni qəbul edib Azərbaycan-EBRD əlaqələrinin inkişafına töhfələrinə görə xanım İvana Duarteyə təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb
Energetika
23 İyun , 2021 17:45
Energetika naziri İvana Duarteni qəbul edib

Energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarteni qəbul edib.

Bu barədə "Report" Nazirliyə istinadən xəbər verir.

EBRD-in dəstəyi ilə enerji sahəsində həyata keçirilən layihələri qeyd edən xanım Duarte Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edib.

Görüşdə EBRD ilə həm ənənəvi enerji mənbələri, həm də bərpa olunan enerji sahəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə edilib, Azərbaycan-EBRD əlaqələrinin inkişafına töhfələrinə görə xanım İvana Duarteyə təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.

Son xəbərlər

Orphus sistemi