Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları qəbul edib

Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları qəbul edib Bu gün Energetika naziri Pərviz Şahbazov Gəncə şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında vətəndaş qəbulu keçirib. Nazirlikdən “Report”a verilən məlumata görə, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev də Goranboy şəhərində vətəndaşları qəbul edib.
Energetika
30 Avqust , 2019 15:39
Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları qəbul edib

Bu gün Energetika naziri Pərviz Şahbazov Gəncə şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında vətəndaş qəbulu keçirib. Nazirlikdən “Report”a verilən məlumata görə, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev də Goranboy şəhərində vətəndaşları qəbul edib.

Bildirilib ki, vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik xətlərinin və transformatorların yenilənməsi, elektrik dirəklərinin yerinin dəyişdirilməsi, elektrik enerjisi verilişindəki fasilələr, elektrik enerjisi və qaza görə yaranan borc və cərimələr, qaz təchizatı, qaz sayğacının quraşdırılması, işlə təminatvə digər məsələləri əhatə edib.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşların müraciəti dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu zamanı Mingəçevir şəhəri və Samux rayonundan qəbula gələn vətəndaşların da müraciətləri dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.

Ümumilikdə qəbullarda 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Gəncə və Goranboy şəhərlərində təşkil olunmuş qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, Energetika Nazirliyinin rəsmi internet saytında (http://www.minenergy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.

Orphus sistemi