Bu gün energetika naziri Pərviz Şahbazov Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, elektrik xətləri və dirəklərinin qəzalı vəziyyəti, borc və cərimələr, qaz təchizatı, yaşayış yerinə günəş panellərinin quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.
Qəbulda Bakı və Göyçay şəhəri, Füzuli, Beyləqan və Sabirabad rayonlarından olan 24 vətəndaş iştirak edib.