Yuxarı
    Bağlamaq

    Energetika naziri: "Cənub Qaz Dəhlizi Avropa üçün strateji əhəmiyyətə malikdir"

    Natiq Əliyev: Məşvərət Şurası layihələrin icrasına nəzarət etmək üçün yaradılıb

    Bakı. 29 fevral. REPORT.AZ/ Cənub Qaz Dəhlizi təkcə Azərbaycan üçün deyil, həmçinin Avropa üçün də strateji əhəmiyyətə malik olan layihədir. "Report" xəbər verir ki, bunu jurnalistlər üçün bu gün keçirdiyi brifinqdə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. 

    N.Əliyev bildirib ki, bu layihəyə ümumilikdə 45 mlrd. dollardan çox vəsait yatırılacaq: "Məşvərət Şurası Cənub Qaz Dəhlizi çərçivəsində reallaşacaq layihələrin icrasına nəzarət etmək üçün yaradılıb. Çünki əgər layihələrdən birində hər hansı gecikmə olarsa, bu, bütövlükdə Cənub Qaz Dəhlizinin yubanmasına səbəb olacaq".

    "Məşvərət Şurasının gündəliyi çox geniş olub. Biz hər bir ölkənin gördüyü və görəcəyi işlər, qarşıda duran çətinliklər barədə müzakirə aparmışıq. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin bu tədbirdə iştirak etməsi onu göstərir ki, bu layihə həm Avropa, həm də bütövlükdə Qərb üçün əhəmiyyətlidir", - deyə N.Əliyev vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi