Energetika naziri Cəlilabadda vətəndaşları qəbul edəcək

Energetika naziri Cəlilabadda vətəndaşları qəbul edəcək Aprelin 15-də energetika naziri Pərviz Şahbazov Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Energetika
6 aprel 2022 05:30
Energetika naziri Cəlilabadda vətəndaşları qəbul edəcək
Pərviz Şahbazov

Aprelin 15-də energetika naziri Pərviz Şahbazov Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan etibarən Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 242 ünvanında) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonları: (050) 668-61-24, elektron poçt ünvanı [email protected] vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi