Energetika naziri Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Energetika naziri Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb Bakı. 18 fevral. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində Bakıda səfərdə olan Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika
18 Fevral , 2019 16:44
Energetika naziri Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Bakı. 18 fevral. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində Bakıda səfərdə olan Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Böyük Britaniyanın Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə dəstəyi, BP-nin iştirakı ilə Cənub Qaz Dəhlizi üzrə əldə edilmiş nailiyyətlər, eləcə də bərpa olunan enerji sahəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.

P.Şahbazov Baronessa Emma Nikolsonun Məşvərət Şurasının iclaslarında iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycanın mühüm tərəfdaşı kimi Böyük Britaniya ilə enerji sektorundan başqa, digər sahələrdə də uzunmüddətli əməkdaşlıq üçün böyük potensial var. Qeyri-neft sektorunda çoxşaxəli əməkdaşlığı təmin edəcək prioritetlər Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının gündəliyinə daxil ediləcək.

Söhbət zamanı regional və qlobal məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi