Energetika naziri: "Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsinə töhfə verib"

Energetika naziri: "Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsinə töhfə verib" Pərviz Şahbazov: "Azərbaycan beynəlxalq layihələrdə etibarlı tərəfdaş kimi özünü sübut edib"
Energetika
30 May , 2018 09:35
Energetika naziri: Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsinə töhfə verib
Energetika naziri Pərviz Şahbazov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı.30 may. REPORT.AZ/ "Azərbaycan OPEC+ razılaşmasına erkən qoşulub və götürdüyü öhdəlikləri daim yerinə yetirib. Beləliklə, dünya bazarında qiymətlərin sabitləşməsində rolunu göstərib".

"Report" xəbər verir ki, bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransının açılışında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib. 

"Azərbaycan beynəlxalq layihələrdə etibarlı tərəfdaş kimi özünü sübut edib. İndi isə həm də neftin qiymətinin tarazlaşmasında töhfəsini verir", - o deyib. 

Nazirin sözlərinə görə, OPEC+ formatında əməkdaşlıq vəziyyətin tənzimlənməsi üçün də əhəmiyyətlidir. Nazir bazardakı vəziyyətdən daşınaraq qeyd edib ki, dünya bazarında balansın qorunması ilə bağlı tədbirlərə baxmayaq, sabitlik tam təmin olunmayıb: "Müəyyən geosiyasi reallıqlar neftin qiymətinə təsir edir. Yeni trendlərə baxmayaraq, neft dünya enerji bazarında mühüm mövqeyə sahib olacaq".

O, Azərbaycanın neft tarixindən, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və digər yataqların əhəmiyyətindən danışaraq vurğulayıb ki, zəngin yataqlar ölkənin neft ehtiyatlarının uzun illər tükənməyəcəyini əminliklə söyləməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi