Energetika naziri: “2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq”

Energetika naziri: “2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq” Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak məqsədi ilə Bakıda səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Energetika
27 Fevral , 2020 14:10
Energetika naziri: “2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq”

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak məqsədi ilə Bakıda səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir Cənub Qaz Dəhlizinin yekun mərhələyə yaxınlaşmasında ABŞ-ın davamlı dəstəyinin rolunu yüksək qiymətləndirib: “Həm Cənub Qaz Dəhlizinə, həm də Azərbaycanın təşəbbüsü ilə reallaşan regional və qlobal əhəmiyyətli bütün enerji layihələrinə ABŞ-ın göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Bu yüksək əməkdaşlıq sayəsində 2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq”.

Nazir Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə inkişaf göstəriciləri, şaxələndirmə layihəsi kimi üstünlükləri, genişləndirilmə perspektivləri, ölkənin qaz resurslarının inkişafı ilə bağlı fikirlərini bölüşüb.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli çoxsaylı ölkələri, şirkətləri birləşdirən layihə kimi Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyi üçün vacib layihə kimi dəyərləndirib və belə bir nəhəng layihənin həyata keçirilməsinin öhdəsindən gəldiyinə görə Azərbaycanı təbrik edib.

Görüşdə Cənub Qaz Dəhlizinin Balkanlara qədər genişləndirilməsi, İAP layihəsi və digər potensial imkanlar haqqında müzakirələr aparılıb.

Söhbət zamanı son dövrlərdə Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına dair görülən işlərdən də bəhs edilib. ABŞ-ın Enerji Departamenti ilə əməkdaşlığın səmərəli olacağı qeyd edilib. 

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunmuş Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Cənub Qaz Dəhlizinin böyük hissəsinin icrası yekunlaşıb. Artıq 2018-ci ilin iyunun sonundan Türkiyəyə TANAP vasitəsilə kommersiya qazı nəql olunur. Ötən il noyabrın 30-da TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsinin açılışı keçirilib. Cənub Qaz Dəhlizinin sonuncu komponenti olan TAP-ın 92%-i yekunlaşıb. Bu il TAP vasitəsilə  Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi