Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Azərbaycanda elektrik enerjisi istehsalı artıb İllik müqayisədə elektrik enerjisi istehsalı 4,6% artıb
Energetika
4 Fevral , 2015 14:49
Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Bakı. 4 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanda 2,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

"Report"un “Azərenerji” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, elektrik enerjisi istehsalında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,55% artım müşahidə olunub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Xatırladaq ki, 2014-cü il ərzində Azərbaycanda ümumilikdə 22,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal olunub.

Son xəbərlər

Orphus sistemi