Yuxarı
    Bağlamaq

    ​Elşad Nəsirov: "TANAP-la bağlı İrandan hələ rəsmi təklif alınmayıb"

    SOCAR: TANAP layihəsi istənilən təklifin müzakirəsi üçün açıqdır

    Bakı. 15 iyul. REPORT.AZ/ İran Trans-Anadolu boru kəməri (TANAP) layihəsində iştirakla bağlı hələ rəsmi müraciət etməyib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib: "İranın TANAP-a maraq göstərməsi haqqında mətbuatda oxumuşam. Lakin kommersiya təklifləri müvafiq qaydada rəsmiləşdirilməlidir".

    E.Nəsirovun sözlərinə görə, TANAP layihəsi ilə bağlı istənilən təklifə baxılması mümkündür: "TANAP əlbəttə ki, istənilən təklif üçün açıqdır, hər şey onların ciddilik səviyyəsindən, təkliflərin kommersiya baxımdan cəlbediciliyindən, hazırlıqlı olmasından, icra müddətindən asılıdır. Hələlik nəqletmə üçün konkret həcmlər barədə İrandan təkliflər almamışıq. Bu, müəyyən perspektivdə əlbəttə ki, mümkündür, lakin hazırda belə təklif almamışıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi