Elşad Nəsirov: "SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur"

Elşad Nəsirov: "SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur" “AzMeCo”, “Azərenerji" və digər şirkələr qaz almaq istəsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər
Energetika
1 Fevral , 2016 16:10
Elşad Nəsirov: SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur

Bakı. 1 fevral. REPORT.AZ/ "Hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur".

"Report" xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Elşad Nəsirov qeyd edib ki, “AzMeCo”, “Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə “Qazprom”dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastrukturundan istifadə edə bilərlər.

Qeyd edək ki, SOCAR Elşad Nəsirovun fikirlərinin təhrif olunması barədə məlumat yayıb.

"Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış “Azərbaycan “Azərenerji” üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur” məlumatı həqiqəti əks etdirmir".

Son xəbərlər

Orphus sistemi