Energetika nazirinə yeni müavin təyin olunub

Energetika nazirinə yeni müavin təyin olunub Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.
Energetika
28 Dekabr , 2018 16:19
Energetika nazirinə yeni müavin təyin olunub
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifə ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanova həvalə edilib.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, yeni nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilən Natiq  Abbasovu əvəz edib.

Son xəbərlər

Orphus sistemi