Yuxarı

Elnur Soltanov: “Azərbaycanda elektrik enerjisi təchizati sahəsində atılan addımlar qürurvericidir”

​Elnur Soltanov açıqlama verib

"Azərbaycanda elektrik enerjisi təchizatı sahəsində dayanmadan işlər gedir".

Bunu "Report"a açıqlamasında Energetika nazirinin müavini Elnur Soltanov deyib.

“Elektrik enerjisi sahəsində iki əsas məqam var: istehsal və təchizat. İstehsalda atılan addımlar maya dəyərinin azaldılması deməkdir və dövlətin çiynindən subsidiya yükünün atılması mənasına gəlir. Amma xüsusən də təchizat sahəsində atılan addımlar - qoşulma qaydalarının sadələşməsi bu artıq xidmət keyfiyyəti deməkdir. Mənə elə gəlir ki, son irəliləmələrin əsas səbəbi təchizat sahəsində atılan addımlardan qaynaqlanır. Əlbəttə ki, bu qürurvericidir”, - deyə o qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi