Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
Quyuların yeraltı və əsaslı təmiri briqadalarının işini sürətləndirmək məqsədi ilə 10 ədəd uzun müddət işləyəbilən səyyar qaldırıcı yenisi ilə əvəz olunub, 10 quyu isə səyyar qaldırıcılar ilə işləmək üçün hazırlanıb. Neft və qazçıxarma sahələrində hava elektrik ötürücü xətləri yeraltı kabel xətləri ilə əvəz olunub. Böyük həcmdə sosialyönümlü işlər görülmüş, təmizlik-abadlıq işləri aparılmış, yollar abadlaşdırılıb.
Yaşıllıqların genişləndirilməsi istiqamətində 1 250 ədəd zeytun ağacı əkilib, 0,4 hektar ərazi hamarlanaraq yaşıllaşdırma üçün hazır vəziyyətə gətirilib ki, gələcəkdə burada 1 000 ədəd ağacın əkilməsi nəzərdə tutulur. Yaşıllıqların qorunması üçün suvarma sistemi genişləndirilib və su xətti çəkilib.
Hazırda NQÇİ-nin inzibati binasının qarşısında “Şəhidlər abidəsi”nin quraşdırılması işləri davam etdirilir.