Elektrik enerjisinin istehsal, ixrac və idxal göstəriciləri azalıb

Elektrik enerjisinin istehsal, ixrac və idxal göstəriciləri azalıb Bu ilin oktyabr ayında Azərbaycanda 1 895,7 milyon kVt/saat elektrik enerjisi istehsal olunub
Energetika
1438
18 Noyabr , 2020 14:42
Elektrik enerjisinin istehsal, ixrac və idxal göstəriciləri azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda 1 895,7 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

"Report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 milyon kVt/saat çoxdur.

Ötən ay ölkə 59,8 milyon kVt/saat elektrik enerjisi ixrac edib (14,5 milyon kVt/saat çox), 10,8 milyon kVt/saat elektrik enerjisi (1,5 milyon kVt/saat çox) idxal edib.

2020-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycanda 21 301,3 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 138,5 milyon kVt/saat azdır.

Son 1 ildə istehsal İES-lərdə 315,2 milyon kVt/saat artaraq 20 063,7 milyon kVt/saat, SES-lərdə 455 milyon kVt/sat azalaraq 946,4 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,2 milyon kVt/saat artaraq 291,2 milyon kVt/saast olub.

10 ay ərzində Külək Elektrik Stansiyalarında 82,82 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında 42,44 milyon kVt/saat, İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 166 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə istehsal “Azərenerji” ASC üzrə 18 998,5 milyon kVt/saat (İES-lərdə 18 214,3 milyon kVt/saat, SES-lərdə 784,2 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 356 milyon kVt/saat (İES-lərdə 175,3 milyon kVt/saat, SES-lərdə 143,7 milyon kVt/saat, Günəş ES-də 37 milyon kVt/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 1 946,8 milyon kVt/saat təşkil edib.

Yanvar-oktyabrda ölkə 901,7 milyon kVt/saat elektrik enerjisi (208,6 milyon kVt/saat az) ixrac edib, 115,1 milyon kVt/saat elektrik enerjisi (5,7 milyon kVt/saat az) idxal edib.

Son xəbərlər

Orphus sistemi