Əlcəzairdə keçiriləcək OPEC+ anlaşması üzrə monitorinq komitəsinin yığıncağına 16 ölkə dəvət olunub

Əlcəzairdə keçiriləcək OPEC+ anlaşması üzrə monitorinq komitəsinin yığıncağına 16 ölkə dəvət olunub Bakı. 11 sentyabr.REPORT.AZ/ Bu il sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ anlaşması üzrə monitorinq komitəsinin 10-cu yığıncağına 16 ölkə dəvət olunub.
Energetika
11 Sentyabr , 2018 10:57
Əlcəzairdə keçiriləcək OPEC+ anlaşması üzrə monitorinq komitəsinin yığıncağına 16 ölkə dəvət olunub
0 : 00
0 : 00

Bakı. 11 sentyabr.REPORT.AZ/ Bu il sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ anlaşması üzrə monitorinq komitəsinin 10-cu yığıncağına 16 ölkə dəvət olunub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, iştirakçıların sayına görə komitənin indiyə qədər keçirdiyi ən böyük yığıncaq olacaq.

“Mini-OPEC” formatında baş tutacaq görüşə yalnız Ekvador və Ekvatorial Qvineya qatılmayacaq. İranın iştirakı da dəqiq deyil.

Qeyd edək ki, monitorinq komitəsinə 6 ölkə - Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Oman daxildir.

Texniki komitənin istehsalın bərpası üçün kvotaların ayrılması mexanizminin müzakirə olunacağı və bu günə planlaşdırılan iclası isə sentyabrın 17-nə qədər təxirə salınıb.

Xatırladaq ki, monitorinq komitəsinin yığıncağı 2017-ci ilin əvvəlindən başlayaraq 2 aydan bir keçirilir. Komitə OPEC+ anlaşmasına qoşulmuş ölkələrə neft bazarının birgə tənzimlənməsi tədbirlərini tövsiyə edir. 

Son xəbərlər

Orphus sistemi