"Bizə elə gəlir ki, OPEK disbalansın düzəldilməsinə müdaxilə etməli, qiymətləri qaldırmaq üçün hasilatı azaltmalı və öz üzv ölkələrinin gəlirlərini müdafiə etməlidir", - "Report" BBC-yə istinadən Yusifinin sözlərini sitat gətirir.
Məlumatda qeyd olunur ki, Əlcəzair neftin qiymətinin düşməsi səbəbindən iqtisadi çətinlik hiss edir. Çünki ölkə büdcəsinin 60%-ni neft satışından əldə olunan gəlirlər təşkil edir.