Ekspertlər: "2022-ci ildə neftə tələbat artacaq"

Ekspertlər: "2022-ci ildə neftə tələbat artacaq" ABŞ-da ötən həftə İda qasırğası nəticəsində xeyli dərəcədə pozulmuş neft hasilatının tədricən bərpa olması nəticəsində son günlər neftin qiyməti daim 69 dollar həddindən yuxarıdır.
Energetika
2070
9 Sentyabr , 2021 19:43
Ekspertlər: 2022-ci ildə neftə tələbat artacaq

ABŞ-da ötən həftə "İda" qasırğası səbəbindən pozulmuş neft hasilatının tədricən bərpa olması nəticəsində son günlər neftin qiyməti daim 69 dollar həddindən yuxarıdır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, iki gün ardıcıl azalan qiymətlər bu gün 1,4 faiz artıb. Belə ki, Meksika körfəzindəki neft və qaz yataqlarında hasilat işləri indiyədək 20 faiz səviyyəsində bərpa olunub.

Koronavirusun “delta” növünün də təsiri ilə qiymətlərin artmasından sonra dünyanın iki ən böyük iqtisadi gücü - ABŞ və Çində tələbatın pandemiyadan əvvəlki səviyyəni keçməsi daha nikbin ab-hava yaradıb.

“COVID-19-un daha çox problemlər yaradacaq başqa növləri qarşımıza çıxmasa, yəqin ki gələn ili daha nikbin ovqatda qarşılayarıq. Fikrimizcə, tələbat bundan sonra da artacaq”, - “UBS AG Wealth Management”in eksperti Ueyn Qordon bildirib.

Amerika Neft İnstitutunun (API) məlumatına görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları 2,88 milyon barel azalıb. Bu həftə isə azalmanın 4,75 milyon barel olacağı güman edilir.

Son xəbərlər

Orphus sistemi