Amerikalı ekspert: "SOCAR beynəlxalq neft bazarının möhkəmləndirilməsində əsas rol oynayır"

Amerikalı ekspert: "SOCAR beynəlxalq neft bazarının möhkəmləndirilməsində əsas rol oynayır" Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq neft bazarının möhkəmləndirilməsində və ilk növbədə, Avropanın inkişafının və Azərbaycanın iqtisadiyyatının gücləndirilməsində əsas rol oynayır.
Energetika
27 Dekabr , 2018 15:16
Amerikalı ekspert: SOCAR beynəlxalq neft bazarının möhkəmləndirilməsində əsas rol oynayır
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq neft bazarının möhkəmləndirilməsində və ilk növbədə, Avropanın inkişafının və Azərbaycanın iqtisadiyyatının gücləndirilməsində əsas rol oynayır.

Bu barədə "Report"a amerikalı politoloq, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys bildirib.

P.Teysin fikrincə, SOCAR Azərbaycan neftinin dünyadakı ən böyük təchizatçısıdır.

O bildirib ki, şirkət qlobal imkanlarını genişləndirməyə davam edir və Azərbaycanın milli iqtisadiyyatına qiymətli töhfə verir: "2014-cü ildə SOCAR Londonda "Phibro" treyderlərini işə cəlb etdi və dərhal London neft bazarında levericini (borc kapitalı və şirkətin öz kapitalının nisbəti və bu nisbətin rentabelliyə təsiri - red.) artırdı. Şirkət ötən il sutkada 1,54 milyon barel xam neft satıb. Özü də bunun 1,06 milyon bareldən çoxu üçüncü tərəfin nefti olub. Ümumilikdə, SOCAR 110 milyon ton neft və neft məhsulları satıb".

Politoloq qeyd edib ki, "SOCAR Trading SA" Maltadakı qaz elektrik stansiyasını maye təbii qazla təchiz edir.

"SOCAR Pakistan, Benin və Tunisdə digər maye təbii qaz zavodlarının layihələrində iştirak edir. Bundan başqa, SOCAR Kot d`İvuarda maye qazın reqazifikasiyası üçün terminalın tikintisi üzərində işləyir. Bu da SOCAR-ın beynəlxalq bazarın inkişafına verdiyi töhfəni göstərir" - P.Teys bildirib.

Son xəbərlər

Orphus sistemi