Ekspert: "SOCAR-ın yanacaqdoldurma məntəqələri Ukraynada ən populyarlardandır"

Ekspert: "SOCAR-ın yanacaqdoldurma məntəqələri Ukraynada ən populyarlardandır"
Energetika
24 Dekabr , 2018 18:05
Ekspert: SOCAR-ın yanacaqdoldurma məntəqələri Ukraynada ən populyarlardandır

Bakı. 24 dekabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri Ukraynada ən populyarlardandır".

Bunu "Report"a Ukraynanın "A-95" konsaltinq qrupunun direktoru Sergey Kuyun deyib.

O qeyd edib ki, SOCAR-ın 70-ə yaxın yanacaqdoldurma məntəqəsi (YDM) var, lakin Şirkət yanacaqdoldurma xidmətinə yeni xidmət və yanaşma səviyyəsi gətirib.

S.Kuyun Türkiyədə STAR neft emalı zavodunun istismara verilməsinin SOCAR-ın treyderləri tərəfindən dəniz vasitəsilə Ukraynaya tədarükün artırılması üçün təkan ola biləcəyini vurğulayıb.