Ekspert: “SOCAR-ın Türkiyədəki vətəndaşlarımıza dəstəyi müsbət qarşılanmalıdır”

Ekspert: “SOCAR-ın Türkiyədəki vətəndaşlarımıza dəstəyi müsbət qarşılanmalıdır” Koronavirus pandemiyasının yayılması nəticəsində çətinliklərlə üzləşmiş xaricdə təhsil alan, səyahətdə olan Azərbaycan vətəndaşlarına yardım edilməsi, onların təxliyə olunması istiqamətində işlər görülür. Rəsmi məlumatlara görə, 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib.
Energetika
7 Aprel , 2020 15:18
Ekspert: “SOCAR-ın Türkiyədəki vətəndaşlarımıza dəstəyi müsbət qarşılanmalıdır”

Koronavirus pandemiyasının yayılması nəticəsində çətinliklərlə üzləşmiş xaricdə təhsil alan, səyahətdə olan Azərbaycan vətəndaşlarına yardım edilməsi, onların təxliyə olunması istiqamətində işlər görülür. Rəsmi məlumatlara görə, 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib.

Bu gün Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi, tələbələrinin ən çox təhsil aldığı ölkələrdən biri Türkiyədir. Koronavirus pandemiyasına görə Azərbaycana qayıda bilməyən bu ölkədəki vətəndaşlara yardım məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə dəstəyi və Azərbaycan Təhsil Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə dəstək fondu yaradılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin göstərişinə uyğun olaraq, birgə həyata keçirilən dəstək layihəsi çərçivəsində Türkiyədə 10 mindən çox Azərbaycan vətəndaşının sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyacları öz həllini tapacaq.

Təhsil eksperti Nadir İsrafilov "Report"a bildirib ki, Türkiyədəki Azərbaycan vətəndaşı və tələbələrinin sığınacaq, qida və nəqliyyat ehtiyaclarının ödənilməsini nəzərdə tutan bu addımı çox müsbət qiymətləndirmək lazımdır:

“Bu çətin günlərdə bu cür təşəbbüs göstərilməsi, vətəndaşlarımızın qayğısına qalınması, yardım əlinin uzadılması təqdirəlayiq addımdır. Çətin vəziyyətdə qalan vətəndaşlarımızın, xüsusilə tələbələrimizin problemlərinin həll olunması yaxşı haldır. Çox sağ olsunlar ki, belə addım ataraq onların yaşayış və digər çətinliklərini öz üzərlərinə götürüblər. Onlar bizim vətəndaşlarımızdır və sevindirici haldır ki, çətin vəziyyətdə onlara dəstək olurlar. Ümumiyyətlə, xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün çox işlər görülüb. Mən bütün bu görülən işləri çox müsbət qiymətləndirirəm”.

Son xəbərlər

Orphus sistemi