Ekspert: Rusiya Çinə qaz ixracında gecikib

Ekspert: Rusiya Çinə qaz ixracında gecikib "Qazprom"un Avropaya çəkdiyi qaz kəmərləri 40% boş qalıb
Energetika
7 Dekabr , 2015 15:30
Ekspert: Rusiya Çinə qaz ixracında gecikib

Bakı. 7 dekabr. REPORT.AZ/ Hazırda dünya bazarında təbii qazın mövcud qiymətləri "Qazprom" ASC-yə "Sibirin gücü" ("Sila Sibiri") layihəsindən yalnız 30 ildən sonra gəlir əldə etmək imkanı verəcək. "Report" xəbər verir ki, bunu RBK agentliyinə Vaşinqtonun Brukinqs İnstitutunun baş elmi işçisi Sergey Aleksaşenko bildirib.

Onun fikrincə, "Qazprom" dünyada şist qazının inkişaf tendensiyasını nəzərə almayıb və bu gün də fikrini dəyişməyə cəhd etmir: "Amma nəzərə almaq lazımdır ki, son 10 ildə dünya qaz bazarındakı vəziyyət prinsipial olaraq dəyişib. Maye qaz texnologiyalarının inkişafı və daşınması qaz bazarını qloballaşdırıb. Əgər əvvəllər qaz sırf borularla daşınırdısa, hazırda təkcə Avropada 30-a yaxın maye qaz terminalı qurulub və onların sayı durmadan artır. Avropa bazarı bir neçə il əvvələ qədər Rusiya, Norveç və Əlcəzair qazı ilə təmin olunurdusa, hazırda dünyanın müxtəlif bölgələrindən daxil olan qaz nəticəsində sərt rəqabət şəraiti yaranıb".

Şist qazının kəşfiyyatı Avropada baş tutmasa da, ABŞ hasilatı sürətlə artırmağı davam etdirir. 2005-ci ilə qədər qaz idxalını artıran ABŞ hazırda idxalı tamamilə dayandırıb. ABŞ-da şist neftinin heç bir azalmasından söz getmir, hətta 2-3 il ərzində ixraca başlanılacağı bildirilir.

"Qazprom" isə şist neftinin inkişafını düzgün dəyərləndirməyib. Nəticədə "Qazprom"un Avropaya çəkdiyi qaz boruları 60% yüklənib. 2000-ci illərdə Çin bazarını cəlbedici saymayan "Qazprom" bu bazarı da itirmiş görünür. Türkmənistan, Özbəkistan və Qazaxıstanın müştərək çəkdiyi qaz boru xətti vasitəsilə Çinə illik 55 mlrd. kubmetr qaz ixrac edir. Bu da "Sila Sibiri" xəttinin imkanlarından 50% çoxdur", - analitik qeyd edib.

Son xəbərlər

Orphus sistemi