Ekspert: "OPEC+in dağılması halında neftin qiyməti 300 dollara çata bilərdi"

Ekspert: "OPEC+in dağılması halında neftin qiyməti 300 dollara çata bilərdi" Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiyanın OPEC+ sazişindən çıxması halında neft qiymətlərindəki dəyişkənlik keçmişdə sınaqdan keçirilmiş bütün maksimum və minimumları üstələyə bilər.
Energetika
18 Dekabr , 2018 16:53
Ekspert: OPEC+in dağılması halında neftin qiyməti 300 dollara çata bilərdi

Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiyanın OPEC+ sazişindən çıxması halında neft qiymətlərindəki dəyişkənlik keçmişdə sınaqdan keçirilmiş bütün maksimum və minimumları üstələyə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kral Abdulla Neft Analitik və Araşdırma Mərkəzinin (KAPSARC) prezidenti Adam Seminski bildirib.

"Tədqiqatımız göstərir ki, 2011-2012-ci illərdə Liviyada tədarüklə bağlı kəsilmələr olanda neftin qiyməti OPEC-in müdaxiləsi olmadan 200 dollar/barel səviyyəsini də aşa bilərdi. Bu, 2012-ci ildə də baş verə bilərdi və bu, indi - 2018-ci ildə də baş verə bilərdi. OPEC+ çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanının qərarları olmasaydı, 2018-ci ildə neftin qiyməti bir barel üçün 300 dollar həddinə doğru irəliləyə bilərdi", - o deyib.

Onun sözlərinə görə, OPEC-in dağılması halında dünya təkliflərlə bağlı kəsilmələrin olduğu və digər sarsıntılar dövründə bazarı sabitləşdirən təhlükəsizlik yastığından məhrum olacaq: "OPEC həlledici tədarükçü rolunu oynayan ən vacib institutdur. OPEC-in sərbəst gücünün, təxminən, 70%-i Səudiyyə Ərəbistanının payına düşür. Bu halda neft qiymətləri daha da dəyişkən olacaq. İndiyə qədər gördüyümüz qiymət pikləri daha da yüksək, minimumları isə daha da aşağı olacaq".

Son xəbərlər

Orphus sistemi