Ekspert: "OPEC+ formatının qərarı nəticəsində gələn il neftin qiyməti 5 dollar artacaq"

Ekspert: "OPEC+ formatının qərarı nəticəsində gələn il neftin qiyməti 5 dollar artacaq" Bakı. 10 noyabr. REPORT.AZ/ OPEC+ çərçivəsində neft hasilatının azaldılması barədə əldə edilən razılaşma nəticəsində gələn il neftin qiyməti təqribən 5 ABŞ dolları artacaq.
Energetika
10 Dekabr , 2018 12:46
Ekspert: OPEC+ formatının qərarı nəticəsində gələn il neftin qiyməti 5 dollar artacaq
0 : 00
0 : 00

Bakı. 10 noyabr. REPORT.AZ/ "OPEC+ çərçivəsində neft hasilatının azaldılması barədə əldə edilən razılaşma nəticəsində gələn il neftin qiyməti təqribən 5 ABŞ dolları artacaq".

Bunu “Report”a Rusiya Enerji və Maliyyə İnstitutunun İqtisadiyyat Departamentinin müdiri Marsel Salehov deyib.

Onun sözlərinə görə, OPEC+ formatının qərarından sonra ilk dövrdə neftin qiyməti sürətlə artırdı, halbuki hasilatın bu cür azalması gözlənilirdi: "Bu məsələdə hesabın 2018-ci ilin oktyabr ayından aparılacağını unutmamaq lazımdır. Həmin vaxtadək neft hasilatı iyul ayına nisbətən əhəmiyyətli dərəcədə artırılmışdı. Üstəlik də İran, Liviya, Venesuela həmin öhdəliklərdən azad olunub.”

Rusiya Enerji və Maliyyə İnstitutunun İqtisadiyyat Departamentinin müdiri Marsel Salehov

“Çox güman ki, bu qanunu yeritməyə davam edəcəklər. Amma məncə, indiki qərar ABŞ-ın bu istiqamətdə hansısa fəallaşması demək deyil. Əslində, ABŞ neft sənayesi neftin qiymətinin 50 dollar və daha aşağı səviyyələrdə olarsa ciddi çətinliklərlə üzləşəcəyindən bu qərar onlar üçün qismən sərfəlidir”.

Marsel Salixov

Salikhov Marcel, Head of the Economic Department at Institute of Energy and Finance

Ekspertin ehtimalına görə, indi qiymət dəyişikliyi daha çox Səudiyyə Ərəbistanı və Rusiyanın yaxın aylarda hasilatı necə və nə qədər azaldacaqlarından asılı olacaq: “Bizim dəyərləndirməmizə görə həmin azalma, əgər həqiqətən olacaqsa, gələn 12 ay ərzində neftin qiymətinə, təqribən, 5 dollar əlavə ediləcək”, – departament müdiri qeyd edib.

OPEC+ iştirakçı olan ölkələrin hasilatı azaltmalarına dair ABŞ-ın mövqeyini şərh edən M.Salehovun fikrincə, bu ölkənin strategiyası NOPEC (No Oil Producing and Exporting Cartels Act) qanununu həyata keçirmək üzərində qurulub.

“Çox güman ki, bu qanunu yeritməyə davam edəcəklər. Amma məncə, indiki qərar ABŞ-ın bu istiqamətdə hansısa fəallaşması demək deyil. Əslində, ABŞ neft sənayesi neftin qiymətinin 50 dollar və daha aşağı səviyyələrdə olarsa ciddi çətinliklərlə üzləşəcəyindən bu qərar onlar üçün qismən sərfəlidir”, – rusiyalı ekspert bildirib.

Son xəbərlər

Orphus sistemi