Ekspert: "Neftin qiyməti ilin sonuna qədər çox komfortlu səviyyədə qalacaq"

Ekspert: "Neftin qiyməti ilin sonuna qədər çox komfortlu səviyyədə qalacaq" Rusiyanın “Alpari” maliyyə şirkətinin analitiki Aleksandr Razuvayev "Report"a açıqlama verib
Energetika
28 İyun , 2018 10:51
Ekspert: Neftin qiyməti ilin sonuna qədər çox komfortlu səviyyədə qalacaq
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ "Dünya bazarı OPEC-in kvotalarının daha çox artmasını gözləyirdi və əgər müəyyən edilən rəqəmlərə əməl olunsa, neftin qiyməti ilin sonuna qədər çox komfortlu səviyyədə qalacaq".

Bunu “Report”a Rusiyanın “Alpari” maliyyə şirkətinin analitika şöbəsinin rəhbəri Aleksandr Razuvayev ötən həftə OPEC-ə üzv və qeyri-üzv ölkələrin görüşünün nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, görüşün nəticələrinə OPEC-in sözünün üstündə durmaması və şist neft amili təsir göstərə bilər.

“Ən maraqlı məqam ondan ibarətdir ki, hazırda öz katibliyi və reqlamenti olan OPEC-ə analoji yeni bir strukturun yaradılması barədə məlumatlar yayılır. Rusiya və Səudiyyə Ərəbistanı kimi daha çox neft hasil edən ölkələr bu təşkilatda daha çox səs qazanacaqlar, halbuki OPEC-də “bir ölkə - bir səs” prinsipi qüvvədədir. Çox güman ki, yeni və heç şübhəsiz nüfuzlu təşkilat qiymətlərə o qədər də çox təsir etməyəcək, lakin hesablamalar üçün valyuta yenidən nəzərdən keçirilə bilər. Güman ki, ABŞ dolları ilə yanaşı, avro, İsveçrə frankı, yuan və Rusiya rublu daxil olmaqla çoxvlayutalı səbət qəbul olunacaq”, - A.Razuvayev bildirib.

Son xəbərlər

Orphus sistemi