Ekspert: "Neftin bahalaşması müvəqqətidir"

Ekspert: "Neftin bahalaşması müvəqqətidir" Bakı. 24 sentyabr. REPORT.AZ/ Neftin qiymətinin artması cəmi bir neçə həftə davam edə bilər.
Energetika
114
24 Sentyabr , 2018 18:26
Ekspert: Neftin bahalaşması müvəqqətidir

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Neftin qiymətinin artması cəmi bir neçə həftə davam edə bilər".

Bunu “Report”a Rusiya Energetika və Maliyyə Nazirliyi İqtisadi departamentinin rəhbəri Marsel Salehov bildirib.

“Bunun bazara ciddi təsir göstərəcək uzunmüddətli bir amil olduğu qənaətində deyiləm. OPEC+ tərəfindən İrandan neft ixracının mümkün azalmasını neytrallaşdırmaq üçün hasilatı artırmaqla bağlı işarə verilməməsi nəticəsində bazarda “Brent” markalı neftin qiyməti uzun müddətdən sonra ilk dəfə 80 dollar həddini keçib. OPEC hasilatı artırmamaq barədə qərar verəndən sonra qiymətlərin qalxması həmin qərarın bazar üçün gözlənilməz olduğunu göstərir”, - ekspert deyib. 

M.Salehov İrana qarşı ABŞ sanksiyalarının dünya neft bazarına təsirindən də danışıb: "Həmin sanksiyalar hələ yazda elan olunduğundan ötən müddət ərzində qiymətlərə artıq "həkk olunub". Bu vəziyyət nəticəsində neftin barelinin 100 dollaradək bahalaşacağına inanmıram. Üstəlik, belə bahalaşmanın istehsalçılara sərf edəcəyini də düşünmürəm”.

Son xəbərlər

Orphus sistemi