Yuxarı

Ekspert: "Neft hələ uzun illər lazım olacaq"

Vladimir Xrustalev: Dünya elektrik enerjisi balansında klassik enerjinin payı azalır

Bakı. 16 may. REPORT.AZ/ Quraşdırılmış gücün istifadəsinin çox aşağı səmərəliliyi alternativ enerjini ən asan əldə olunan mənbə edir. Bu barədə "Report"a açıqlamasında "Lifeboat Fondation" qeyri-hökümət təşkilatının rusiyalı eksperti VladimirXrustalev deyib.

"Söhbət müxtəlif növ enerji mənbəyi kimi neftdən gedirsə, planetdə onun istehlakı artmaqda davam edir. İlk növbədə, motor yanacağı kimi. Dünyada hər il daxili yanma mühərrikləri ilə təchiz edilmiş avtomobillərin sayı on milyonlarla artır. Elektrik stansiyaları üçün yanacaq kimi yanaşsaq, xam neft və neft məhsulları çoxdan favorit deyil", - deyə V.Xrustalev bildirib.

Onun sözlərinə görə, dünya elektrik enerjisi balansında klassik enerjinin payı azalır.

Ekspert neftin hələ uzun illər lazım olacağını da deyib: "Xüsusən də neftin plastik materiallar, tikinti materialları və s. istehsalı üçün xammal olduğunu nəzərə almaq lazımdır. Ona görə də ortaya "bir barelin mükafat nə qədər olacaq", "elektrik enerjisi, təbii qaz və s. istifadə edən nəqliyyat vasitələrində ton/kilometr və sərnişin/kilometr ölçülərinin dəyəri necə olacaq" kimi suallar çıxır".

Alternativ enerjinin inkişaf perspektivləri barədə danışan V.Xrustalev onun gələcəyinin yox, həm də bu gününün olduğunu diqqətə çatdırıb: "Ümumiyyətlə, günəş və külək enerjisinin quraşdırılmış maksimum gücü sürətlə artır. Amma quraşdırılmış gücün istifadəsinin çox aşağı səmərəliliyi alternativ enerjini ən asan əldə olunan mənbə edir".

Onun fikrincə, bu mərhələdə enerjitutumlu regionları-istehlakçıları, böyük şəhərləri alternativ mənbələrdən asılı vəziyyətdə saxlamaq çətindir.

"Amma yenə də əminliklə demək olar ki, artıq günəşli ölkələrdə günəş panelləri gündüz vaxtı kifayət qədər ucuz kVt/saat əldə etməyə imkan verir. Küləkli bölgələrdə isə külək turbinləri tam məqsədəuyğundur", - deyə V.Xrustalev sözlərinə əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi