Ekspert: "İtaliya TAP sayəsində enerji mərkəzinə çevrilə bilər"

Ekspert: "İtaliya TAP sayəsində enerji mərkəzinə çevrilə bilər" Bakı. 31 iyul. REPORT.AZ/ Trans Adriatik Boru Kəməri (TAP) layihəsi İtaliya üçün çox faydalı olacaq.
Energetika
31 İyul , 2018 14:37
Ekspert: İtaliya TAP sayəsində enerji mərkəzinə çevrilə bilər
New Europe
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ "Trans Adriatik Boru Kəməri (TAP) layihəsi İtaliya üçün çox faydalı olacaq".

Bunu "Report"a açıqlamasında Yunanıstanın Xəzər regionu üzrə eksperti doktor Marika Karayianni deyib.

Onun sözlərinə görə, İtaliyanın qazpaylama şəbəkəsinin genişləndirilməsi Cənub Qaz Dəhlizinin proqramında yer alır və bu, "Şahdəniz" yatağından hasil olunan qazın gələcəkdə İtaliyadan Mərkəzi və Qərbi Avropaya nəql olunmasına imkan yaradacaq: "Bunun nəticəsində İtalya LNG terminalları ilə birlikdə özü də enerji mərkəzinə çevriləcək".

M.Karayianni əlavə edib ki, Yunanıstan və İtaliya dost ölkədir və hər iki ölkə Avropa İttifaqının üzvü olduğundan enerji məsələlərində sıx əməkdaşlıq edirlər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

 Xatırladaq ki, daha əvvəl İtaliyanın ətraf mühit naziri, "Beş ulduz" populist hərəkatını təmsil edən Sercio Kosta TAP layihəsinin ətraf mühit üçün təhlükəli olduğunu və ölkə üçün heç bir əhəmiyyət daşımadığını bildirib. Ancaq İtaliya hökumətinin nümayəndələri, eləcə də Prezident Sercio Matarella sonrakı şərhlərində dəfələrlə TAP layihəsinin ölkə üçün böyük əhəmiyyətə malik olduğunu bəyan ediblər. Dünən İtaliya hökumətinin başçısı Cuzeppe Konte Vaşınqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampla TAP layihəsini müzakirə edib. "Qeyd etdim ki, strateji vəzifə enerji resurslarının İtaliya və Cənubi Avropa ölkələrinə təchizatını təmin etməkdən ibarətdir", - C.Konte görüşdə bildirib.

Son xəbərlər

Orphus sistemi