Yuxarı

Ekspert: "Gələn il neftin qiyməti 60 dollara yüksələ bilər"

Brent markalı neftin orta qiyməti 2020-ci ilə qədər 70 dollar/barel səviyyəsində olacaq

Bakı. 14 yanvar. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı xam neftin bir barelinin qiyməti 2017-ci ildə 60 dollara qədər yüksələcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu baş ofisi Londonda yerləşən "Capital Economics" müstəqil tədqiqatlar mərkəzinin eksperti Tomas Paf bildirib.

Onun qənaətinə görə, bu markalı xam neftin bir barelinin qiyməti 2020-ci ilə qədər isə orta hesabla 70 dollar səviyyəsində olacaq.

"Çin iqtisadiyyatındakı yavaşlama neft tələbatına mənfi təsir göstərir. Lakin bu il Çin iqtisadiyyatı düzələcək, bu da neftin qiymətinin yüksəlməsinə səbəb olacaq. Neftin ucuzlaşması səbəbindən ABŞ hasilatçıları da çətin vəziyyətdədir. Ölkədə neft sektoruna sərmayələr və qazma işləri azaldılır. Bu da yerli neft hasilatında kəskin azalmaya yol açacaq", - deyə ekspert bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi