Ekspert: "Ehtiyat güclərinin azalması neft qiymətlərinin volatil olmasına gətirib çıxarar"

Ekspert: "Ehtiyat güclərinin azalması neft qiymətlərinin volatil olmasına gətirib çıxarar"
Energetika
10 Oktyabr , 2018 16:31
Ekspert: Ehtiyat güclərinin azalması neft qiymətlərinin volatil olmasına gətirib çıxarar
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Ehtiyat güclərinin azalması fonunda neft istehsalçıları gələcək tələbata çevik cavab verə bilməyəcək ki, bu da bazarda tələbat və təklifin dinamikasını gücləndirəcək".

Bunu “Report”a Bəhreynin Strateji, Beynəlxalq Enerji Araşdırmaları Mərkəzinin tədqiqatçısı Əbdüləziz Əl Dosəri bildirib. 

Onun fikrincə, nəticədə neft qiymətlərinin volatilliyi artacaq: “Neft qiymətlərinin hazırkı dəyişmələri daha çox ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır. Neft bazarında İranın, əsasən, Hindistanla Çinə, daha az həcmdə isə başqa ölkələrə ixrac edə biləcəyi xam neftin həcmi müəyyənləşdirilməlidir”.

Ekspertin sözlərinə görə, OPEC və OPEC+ Səudiyyə Ərəbistanı ilə Rusiya başda olmaqla 100 faizlik razılaşmanın icra olunması üzərində çalışır: "İranın neft tədarükünün azalması səbəbindən 100 faizlik uyğunluğa nail olmaq çətinləşib. Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrində, habelə Rusiyada istehsalın artması həmin ölkələrin ehtiyat hasilat güclərinin azalmasına gətirib çıxaracaq ki, bu da neft qiymətlərindəki volatilliyi artıracaq”.

Bəhreynin Strateji, Beynəlxalq Enerji Araşdırmaları Mərkəzinin tədqiqatçısı Əbdüləziz Əl Dosəri

ABŞ ilə Çinin ticarət müharibəsi, habelə dünyada iqtisadi artım sürətinin azalması tələbat həcminə təsir göstərə bilər və bununla bağlı neft qiymətlərinin azalması ehtimalı mövcuddur.

Əbdüləziz Əldosari

Bəhreynin Strateji, Beynəlxalq Enerji Araşdırmaları Mərkəzinin tədqiqatçısı Əbdüləziz Əl Dosəri

Qiymətlərin sabitləşib-sabitləşməyəcəyinə toxunan ekspert hələlik neft qiymətlərinin hansı yöndə dəyişəcəyini, noyabrın sonunda ABŞ sanksiyalarının qüvvəyə minməsinədək hansı səviyyədə qalacağını deməyin çətin olduğunu bildirib: "Bu mənada İranın necə reaksiya verəcəyi də çox mühümdür".

“Ümumiyyətlə isə, bazarın əsasları baxımdan hasilatın məcmu həcmi azalmağa gedir. Lakin ABŞ ilə Çinin ticarət müharibəsi, habelə dünyada iqtisadi artım sürətinin azalması tələbat həcminə təsir göstərə bilər və bununla bağlı neft qiymətlərinin azalması ehtimalı mövcuddur”,- deyə Ə. Əl Dosəri bildirib.