Ekspert: “Bu həftə neftin qiyməti 40 dollardan yuxarı yüksələ bilər”

Ekspert: “Bu həftə neftin qiyməti 40 dollardan yuxarı yüksələ bilər” Martın 18-də Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Texniki Komitəsinin iclası keçiriləcək. Bu iclasda martdan sonrakı dövr üçün neftin həcmləri ilə bağlı yeni tövsiyələr verilərək formalaşdırılmalıdır.
Energetika
10 Mart , 2020 14:13
Ekspert: “Bu həftə neftin qiyməti 40 dollardan yuxarı yüksələ bilər”

"Martın 18-də Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Texniki Komitəsinin iclası keçiriləcək. Bu iclasda martdan sonrakı dövr üçün neftin həcmləri ilə bağlı yeni tövsiyələr verilərək formalaşdırılmalıdır".

Bunu “Report”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, bu tarixə isə cəmi bir həftə qalıb, neftin qiyməti dünəndən bu günə artıq 7% artıb: “Artıq şok effekti keçmək üzrədir. Nəticə etibarı ilə biz bu həftə ərzində neftin qiymətində 40 dollardan yuxarı bir səviyyəni görəcəyik”.

Ekspert deyir ki, martın sonunda artıq neftin qiymətinin  45-50 dollar/barel civarında olmasını görəcəyik: “Bu, bir şok effekti idi və bundan sonra bazar iştirakçıları daha soyuqqanlı addımlar atacaqlar. Bundan öncə neftin bir barelinin qiyməti 51-52 dollar civarında olub. Hazırki şəraitdə neftin bir barelinin qiymətinin 45-50 dollar olması bazar üçün daha da məqbuldur. Baxmayaraq ki, bu gün dünya iqtisadiyyatı azalıb. Bugünkü gün üçün bu qiymət də reallığı əks etdirən bir qiymət hesab edilə bilər”.

"Azərbaycanın dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac olmayacaq".

İlham Şaban

İqtisadçı ekspert

Neft Araşdırmalar Mərkəzinin rəhbəri düşünür ki, neftin bir bareli bu qiymətdə olsa, Azərbaycanın dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac olmayacaq: “Çünki, Maliyyə Nazirliyinin Yeni Büdcə Qaydalarına əsasən, neftin bir barelinin qiymətinin 40 dollara qədər düşməsi büdcəyə gələn gəlirlərin 1,6% aşağı azalması deməkdir. Bu da təxminən 400 milyon manat təşkil edəcək. Bu isə olduqca kiçik bir rəqəmdir”. 

Son xəbərlər

Orphus sistemi