Ekspert: “Brent” markalı neft xeyli ucuzlaşa bilər"

Ekspert: “Brent” markalı neft xeyli ucuzlaşa bilər" Koronavirusun daha yoluxucu ştamının üzə çıxması ilə tətbiq olunacaq lokdaunlar nəticəsində neft 10 faizədək ucuzlaşa bilər.
Energetika
24 Dekabr , 2020 14:56
Ekspert: “Brent” markalı neft xeyli ucuzlaşa bilər

Koronavirusun daha yoluxucu ştamının üzə çıxması ilə tətbiq olunacaq lokdaunlar nəticəsində neft 10 faizədək ucuzlaşa bilər.

“Report” “Angi”yə istinadən xəbər verir ki, belə bir qənaətə “Saxo Bank”ın xammal strategiyaları rəhbəri Ole Hansen gəlib.

“Yeni peyvəndin və maliyyə dəstəyi ilə bağlı nikbinlik ABŞ dollarının ucuzlaşmasına təkan verərək neft və s. bazarlarda möhtəkir oyunlarının geniş vüsət alması üçün başlıca amil oldu. 2021-ci ildə neft bahalaşmağa davam edəcək, amma qısa perspektiv üçün proqnozlar azaldı”, - deyən ekspertin fikrincə, hazırda neftə tələbatın davamlı artımı müşahidə olunmadığı üçün mövcud 51-52 dollarlıq qiymətlərin yaxın vaxt ərzində daha da artacağı inandırıcı görünmür.

“Hətta dəstək amilləri üzə çıxanadək “Brent” markalı neftin 10 faiz ucuzlaşaraq 46 ABŞ dollarınadək geriləyəcəyi ehtimalı da var”, - deyən ekspert uzun perspektivdə koronavirusdan kütləvi peyvəndlə bağlı xəbərlərin neft bazarına müsbət təsir göstərəcəyini qeyd edib.

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştamının üzə çıxdığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi