Ekspert: "Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır"

Ekspert: "Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır" “Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm oyunçuya çevrilməkdir”.
Energetika
31 May , 2023 17:40
Ekspert: Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır
Amal Həsənl

“Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm oyunçuya çevrilməkdir”.

Bunu “Report”a iqtisadçı-ekspert Amal Həsənli Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin keçirilməsini şəhr edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq regional çərçivələrdən çıxaraq qlobal enerji təhlükəsizliyin təmin olunmasında mühüm missiyanı öz üzərinə götürüb.

“Bütün maneələrə baxmayaraq Ulu Öndər Heydər Əliyevin qətiyyəti bahasına reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan neftini dünya bazarına çıxardı. İlkin mərhələdə neft pullarının həm də yeni yataqların kəşfinə yatırılması neft ehtiyatlarımızın genişləndirilməsini təmin etdi. Ölkə başçısı İlham Əliyevin səyləri nəticəsində ərsəyə gələn Trans Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri isə Azərbaycanın həm də təbii qaz bazarında mühüm oyunçulardan birinə çevirdi. Vətən müharibəsi dövründə bizə əvəzsiz dəstək olan qardaş Türkiyə bu layihələr vasitəsilə öz enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmaqla, faktiki olaraq enerji habına çevrilmiş oldu. Geo-siyasi kataklizmaların da təsiri altında son vaxtlar ölkəmiz qlobal enerji təhlükəsizliyində daha əhəmiyyətli rol oynamağa başlayıb. Yaxın bir neçə ildə Azərbaycan Avtropaya təbii qaz tədarükünü 2 dəfə artırmağı planlaşdırır. Kontinentdaxili interkonnektorların genişləndiriıməsi isə bu prosesi daha da sürətləndirə bilər. Azərbaycan öz qazını daha çox ölkəyə satmaqla yanaşı, həm də mövqelərini həmin ölkələrdə möhkəmləndirmiş olacaq”.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan tədricən aparıcı ənənəvi enerji daşıyıcıları tədarükçüsü olmaqla yanaşı, həm də “Yaşıl enerji” üzrə vacib ixracatçılardan birinə çevrilə bilər.

“Azərbaycanın kifayət qədər böyük neft-qaz ehtiyatları olsa da hər iki resurs nə zamansa tükənəcək. Bu mənada bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkəmiz bu sahədə yüksək piotensiala malikdir. Azərbaycanın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27 min MVt təşkil edir. Ölkənin külək enerjisi üzrə potensialı 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda Azərbaycanda “Yaşıl enerji” sahəsində paralel olaraq bir neçə iri layihə reallaşdırılır. Bu sektorda geniş təcrübəyə malik qlobal şirkətlərlə fəal şəkildə əməkdaşlıq edilir. Bütün bunlar perspektivdə Azərbaycanı öncə regional miqyaslı, daha sonra isə qlobal “Yaşıl enerji” tədarükçüsünə çevirə bilər", - A. Həsənli əlavə edib.

Son xəbərlər

Orphus sistemi