Ekspert: "Avropada enerji fəlakəti baş verə bilər"

Ekspert: "Avropada enerji fəlakəti baş verə bilər" Avropanın ekoloji təmiz enerji mənbələrinə keçid siyasəti qarşıdakı qışda regionu fəlakətə sürükləyə bilər.
Energetika
103
4 Oktyabr , 2021 17:19
Ekspert: Avropada enerji fəlakəti baş verə bilər

Avropanın ekoloji təmiz enerji mənbələrinə keçid siyasəti qarşıdakı qışda regionu fəlakətə sürükləyə bilər.

“Report” “Forbes” nəşrinə istinadən xəbər verir ki, bunu müstəqil ekspert David Blakmon (David Blackmon) bildirib.

Onun fikrincə, dünya bazarında təbii qazın rekord həddə bahalaşması üzündən bir çox istilik elektrik stansiyaları (İES) neft və yaxud kömürə keçə, nəticədə həmin enerji daşıyıcıları xeyli bahalaşa bilər. "Yaşıl enerji"yə sürətlə keçən Avropada isə bir sıra ölkələr İES-ləri artıq bağlayıb. Son vaxtlar qazın kəskin bahalaşması Avropada kömürə marağı artırsa da, regionda kömür ehtiyatlarının kasadlığı mövcud ehtiyacları qarşılamaq üçün kifayət etmir.

“Wood Mackenzie” məsləhət mərkəzi isə bəyan edib ki, kommunal xidmətlərlə bağlı ehtiyacları bütövlükdə kömür vasitəsilə ödəmək mümkün deyil. Ümumiyyətlə yeraltı yanacaqdan imtina edərək bərpa olunan enerjiyə tələm-tələsik keçmək siyasəti həm Avropada, həm də başqa regionlarda ciddi böhrana səbəb olacaq.

Ekspertlərin fikrincə, “mənasız siyasi qərarlar üzündən” yaranmış mövcud vəziyyətdən tez bir zamanda çıxmaq mümkün deyil, çətinlikləri dəf etmək üçün elə ekoloji təmiz mənbələrə keçmək kimi 10 il vaxt lazım gələcək.

“Wood Mackenzie”, eləcə də “Rystad Energy” məsləhət mərkəzlərinin təqdim etdiyi hesabatda yeraltı mənbələrin kəşfiyyatına yatırılan sərmayələrin yüz milyonlarla dollar az olduğu qeyd olunub.

Son xəbərlər

Orphus sistemi