“Ekol Mühəndislik Xidmətləri“nin Ekoloji Monitorinq Departamenti bu ilin II rübünə yekun vurub

“Ekol Mühəndislik Xidmətləri“nin Ekoloji Monitorinq Departamenti bu ilin II rübünə yekun vurub Rüb ərzində 201 nümunə üzərində 824 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılıb
Energetika
7 Avqust , 2017 15:49
“Ekol Mühəndislik Xidmətləri“nin Ekoloji Monitorinq Departamenti bu ilin II rübünə yekun vurub
Ekol.az

Bakı. 7 avqust. REPORT.AZ/ "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2017-cı ilin II rübündə fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirib, "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirib, müvafiq ekoloji normativ-texniki sənədlər işləyib hazırlayıb, laborator xidmətlər və İnteqrə Edilmiş Menecment Sistemlərinin tələblərinə uyğun fəaliyyət göstəriblər. 

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Məlumatda deyilir ki, müqavilələrə əsasən, EMD Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin və Qaz Emalı Zavodunun, "AzGerneft" MMC-nin, "Balakhanı Operating Company"nin Azərbaycandakı filialının mədən və istehsalat ərazilərində dövrü ekoloji monitorinq işləri aparıb. Monitorinq əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə edib. Mövcud antropogen təsir mənbələri üzərində monitorinq müşahidələri aparılmış, ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə müəssisələrə müvafiq təkliflər verilib. Yerinə yetirilən ekoloji monitorinq işləri zamanı müəssisələrdə formalaşan təqribən 50 axıntı su nümunələri götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) təhlil olunub. Laborator təhlillərin nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilib.

Cari ilin II rübü ərzində “AzGerneft” MMC üçün Ekoloji pasport, Atmosferə Atıla Bilən Tullantı Həddi, Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi, “Balakhanı Operating Company LTD” Şirkətinin Azərbaycandakı filialı üçün Ekoloji pasport və Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi üçün Atmosferə Atıla Bilən Tullantı Həddi və Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi Ekoloji Normativ-Texniki Sənədlərin işlənib hazırlanması işləri həyata keçirilib.

Rüb ərzində KTL mütəxəssisləri tərəfindən götürülmüş 201 nümunə üzərində 824 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılıb. Rüb ərzində “Azba” şirkətinin nümayəndəsi ilə birgə sənaye axıntı suyunun reagentlər vasitəsi ilə emulsiyalaşmış neft məhsullarından təmizlənməsi üzrə laborator sınaqlar aparılıb.

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 2017-ci ilin II rübü ərzində İnteqrə Edilmiş Menecment Sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) tələblərinə uyğun hazırlanmış “Məqsəd və Hədəflər”-in yerinə yetirilməsinə nəzarət edilib, daxili audit zamanı rəsmiləşdirilmiş 13 uyğunsuzluqların yerinə yetirilməsi izlənib.

10-12.05.2017-ci il tarixlərdə “Ekol Mühəndislik Xidmətləri”Ndə Türk Standartları İnstitutunun auditorları tərəfindən TED-nin, TRD-nin sahələrində standartların tələbinə uyğun olaraq audit keçirilmişdir. Audit zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması təmin edilib.

Rüb ərzində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ətraf mühitin mühafizəsi üzrə tədbirlər planının yerinə yetirilməsi haqqında aylıq məlumatlar tərtib edilib.

2017-ci ilin II rübündə “Ekol Mühəndislik Xidmətləri”nin fəaliyyət sahələrində formalaşan tullantılar növlər üzrə çeşidlənərək SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi