EIA gündəlik yanacaq tələbatının 8,1 mln. barel azalacağını proqnozlaşdırır

EIA gündəlik yanacaq tələbatının 8,1 mln. barel azalacağını proqnozlaşdırır Bu ilin I rübündə qlobal neft və maye yanacaq istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 mln. barel/gün azalaraq orta hesabla gündəlik 94,1 mln. barel olub.
Energetika
13 May , 2020 10:30
EIA gündəlik yanacaq tələbatının 8,1 mln. barel azalacağını proqnozlaşdırır

Bu ilin I rübündə qlobal neft və maye yanacaq istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 mln. barel/gün azalaraq orta hesabla gündəlik 94,1 mln. barel olub.

“Report”un məlumatına görə, bu barədə ABŞ Enerji İnformasiyaları Administrasiyasının (EIA) aylıq qısamüddətli proqnozunda deyilir.

EIA 2020-ci ildə gündəlik tələbatın ötən illə müqayisədə 8,1 mln. barel azalaraq 92,6 mln. barel olacağını proqnozlaşdırır.

Proqnoza görə, ilin I yarısında koronavirus səbəbindən səyahət imkanlarının məhdudlaşdırılması, biznes və iqtisadi fəallığın zəifləməsi səbəbindən ABŞ-ın maye yanacaq tələbatı kəskin azalacaq. EIA ölkədə gündəlik dizel yanacağı istehlakının II rübdə I rübdəki 8,6 mln. bareldən 7 mln. barelə düşəcəyini, ilin II yarısında isə tədricən artaraq 8,7 mln. barel olacağıını proqnozlaşdırır. II rübdə ABŞ-ın gündəlik təyyarə yanacağı istehlakının isə əvvəlki rübdəki göstəricidən (1,6 mln. barel/gün) 0,8 mln. barelə düşəcəyi gözlənilir.

EIA 2020-ci il üzrə isə ABŞ-da gündəlik dizel yanacağı istehlakının 2019-cu illə müqayisədə 11% azalaraq 8,3 mln. barel olacağını, təyyarə yanacağı istehlakının isə 25% azalacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi