Yuxarı
    Bağlamaq

    EIA neft qiymətləri ilə bağlı proqnozlarını yeniləyib

    Bakı. 7 fevral. REPORT.AZ/ ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) "Brent" markalı neftin qiyməti ilə bağlı 2018-ci il üçün proqnozunu 62,39 dollar/barelə yüksəldib.

    "Report" xəbər verir ki, bu barədə EIA-nın qısamüddətli aylıq proqnoz hesabatında bildirilir. 

    2019-cu il üçün isə "Brent" markalı neftin orta qiymət proqnozu 61,51 dollar/barel olaraq müəyyən edilib.

    Hesabatda qeyd olunub ki, WTI markalı neft üçün 2018-ci ilin orta qiymət proqnozu 58,28 dollar, 2019-cu il üçün isə 57,51 dollar ehtimal edilir.

    EIA həmçinin ABŞ-ın neft hasilatı üzrə 2018-ci il üçün proqnozunu növbəti tarixi rekord hədd - 10,6 mln. barel/günə çatdırıb. Qeyd edək ki, yanvar proqnozunda bu göstərici 10,3 mln. barel/gün təşkil edib. 2019-cu il üçün isə ABŞ-dakı gündəlik neft hasilatı 11,2 mln. barel səviyyəsində proqnozlaşdırılır.

    EIA-nın ilkin hesabatına əsasən, 2018-ci ilin yanvarında ABŞ-da neft hasilatı 10,17 mln. barel/gün təşkil edib. Bu isə analoji dekabr göstəricisindən 0,1 mln. barel/gün çoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi