EIA “Brent” neftininin ucuzlaşacağını proqnozlaşdırır

EIA “Brent” neftininin ucuzlaşacağını proqnozlaşdırır
Energetika
163
8 Aprel , 2020 10:40
EIA “Brent” neftininin ucuzlaşacağını proqnozlaşdırır

Bu il “Brent” markalı neftin orta qiyməti əvvəlki proqnozdan 10 ABŞ dolları aşağı olacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ hökumətinin Enerji Məlumatları Administrasiyasının (EIA) aprel ayı hesabatında qeyd edilib. Bildirilib ki, “Brent” markalı neftin bir barelinin 2020-ci il üzrə orta qiyməti 33 ABŞ dolları proqnozlaşdırılır.

EIA II rübdə bu markalı neftin orta qiymətini 23 ABŞ dolları proqnozlaşdırır. Proqnoza görə, ilin II yarısında isə qiymət qalxaraq 30 dollar/barel olacaq.

EIA 2021-ci il üzrə isə “Brent” markalı neftin bir barelinin orta qiymətini 46 ABŞ dolları məbləğində qiymətləndirir.

Qeyd edək ki, 2019-cu ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti 64 ABŞ dolları təşkil edib.