EIA: ABŞ-da neft emalının həcmi azalır

EIA: ABŞ-da neft emalının həcmi azalır ABŞ-da xam neft ehtiyatlarının həcmi 562 min barel/gün azalaraq 499,5 milyon barel/günə düşüb
Energetika
187
28 Dekabr , 2020 16:53
EIA: ABŞ-da neft emalının həcmi azalır

ABŞ-da neft emalı həcmi keçən həftənin yekununda gündəlik 169 min barel, neft emalı zavodlarının istehsal güclərinin istifadəsi isə 1,1 faiz bəndi azalıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) bazar ertəsi yayımladığı məlumatlarda deyilir.

Bu arada son iki həftədə ABŞ-da avtomobil yanacağına tələbat artıb. Sahə analitikləri 2021-ci ildə onun daha sabit səviyyəsini proqnozlaşdırırlar, lakin göstərici COVID-19-a qarşı peyvəndlərin mövcudluğu və effektivliyindən asılı olacaq.

EIA-dan bildirilib ki, ötən həftə ərzində xam neft ehtiyatlarının həcmi 562 min barel/gün azalaraq 499,5 milyon barel/günə düşüb. “Reuters”in rəyini soruşduğu analitiklər isə 3,2 milyon barel/gün azalma gözləyirdi.

Daha əvvəl bildirildiyi kimi, oktyabrda ABŞ-da avtomobil trafiki 8,8% azalıb və Nəqliyyat Nazirliyinin məlumatlarına görə, 259 milyard mil (ötən ilin analoji dövrü ilə müqayisədə 25 milyard mil az) təşkil edib.

Son xəbərlər

Orphus sistemi