​EIA: 2020-ci ilədək neftin qiyməti 80 dollara qalxacaq

​EIA: 2020-ci ilədək neftin qiyməti 80 dollara qalxacaq "Bu il qiymətlər aşağı olacaq"
Energetika
22 Fevral , 2016 23:28
​EIA: 2020-ci ilədək neftin qiyməti 80 dollara qalxacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Neftin bir barelinin qiyməti 2016-cı ildə öz aşağı dəyər səviyyəsini saxlayacaq, lakin 2020-ci ilədək 80 dollar olacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EİA) baş direktoru Fatih Birol deyib.

"Bu il biz əvvəlki kimi qiymətlərin aşağı olacağını, 2017-ci ilin ortalarında isə sıçrayış gözləyirik. 2020-ci ilədək bir barelin qiyməti 80 dollara çatacaq", — deyə o bildirib.

Birol, həmçinin qeyd edib ki, ABŞ OPEK-ə daxil olmayan ölkələr arasında neft hasilatının artırılması üzrə liderliyini davam etdirir.

Son xəbərlər

Orphus sistemi