EIA 2019-2020-ci illərdə Azərbaycanda neft hasilatı proqnozunu artırıb

EIA 2019-2020-ci illərdə Azərbaycanda neft hasilatı proqnozunu artırıb ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) 2019-2020-ci illər üzrə Azərbaycanda neft hasilatı proqnozunu 20 min barel/gün artırıb.
Energetika
10 Aprel , 2019 12:02
EIA 2019-2020-ci illərdə Azərbaycanda neft hasilatı proqnozunu artırıb

ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) 2019-2020-ci illər üzrə Azərbaycanda neft hasilatı proqnozunu 20 min barel/gün artırıb.

"Report" xəbər verir ki, bu barədə EIA-nın aprel ayı üzrə qısamüddətli aylıq hesabatında bildirilir.

Hesabata əsasən, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 800 min barel, 2020-ci ildə isə 780 min barel təşkil edəcək. EIA-nın bu ilin III və IV rübləri üzrə proqnozu gündəlik 800 min barel, gələn ilin I rübü üzrə 790 min barel, II rübü üzrə 780 min barel, III və IV rübləri üzrə isə 770 min barel təşkil edib.

Qeyd edək ki, mart ayında dərc olunmuş hesabatda 2019-cu il üzrə gündəlik hasilat proqnozu 780 min barel, 2020-ci il üzrə isə 760 min barel olub. EIA-ın əvvəlki hesabatında bu ilin III rübündə gündəlik hasilat proqnozu 780 min barel, IV rübündə 760 min barel, gələn ilin I və II rüblərində 770 min barel, III rübündə 750 min barel, IV rübündə 730 min barel olub.

Son xəbərlər

Orphus sistemi