EIA neft bazarı üzrə proqnozlarını açıqlayıb

EIA neft bazarı üzrə proqnozlarını açıqlayıb Neftə tələb artmaqda davam edəcək
Energetika
12 Aprel , 2017 19:32
EIA neft bazarı üzrə proqnozlarını açıqlayıb

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyi (EIA) yaxın 2 ildə neftin qiyməti üzrə proqnozlaırını aşağı salıb. 

"Report" "Bloomberg" agenliyinə istinadən xəbər verir ki, EIA-nın aprel ayı energetika sektoru icmal hesabatında ABŞ-da yaxın 2 ildə hasilatın artacağı və qlobal neft təklifinin yüksəlməsi fonunda neft qiymətlərində proqnozlarını azaltdığı bildirilib. Agentlik bu il WTI markalı neft üçün 52, "Brent" markalı neft üçün 54 dollar/barel qiymət proqnozlaşdırıb. 

Qeyd edək ki, agentliyin əvvəlki proqnozunda bu göstəricilər müvafiq olaraq 54 və 55 dollar/barel idi. 2018-ci il üçün isə EİA, WTI markalı neftin proqnozunu 56 dollardan 55-ə endirərkən, "Brent" markalı neft üçün isə 57 dollar/bareldə saxlayıb.

EİI ABŞ-ın 2017-ci ildə gündəlik neft hasilatı proqnozunu dəyişməyib və 9,2 mln. bareldə saxlayıb. 2018-ci il üçün isə bu göstərici 9,7 mln. bareldən 9,9 mln. barel/günə artırılıb. Agentlik bu il qlobal neft tələbinin gündəlik orta səviyyəsini 98,2 mln. bareldən 98,3 mln. barelə yüksəldib. 2018-ci il üçün isə bu göstərici 99,9 mln. bareldən 100,2 mln.-a çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi